Siyasət

Xanhüseyn Kazımlının qızı da deputat olmaq istəyir

Beşinci çağırış Milli Məclisin yaşlı deputatlarından olan Xanhüseyn Kazımlı ilə bağlı maraqlı məlumat əldə etmişik.

Məlumata görə, deputat qarşıdan gələn növbədənkənar parlament seçkilərnə qatılacaq. Bu dəfə özü deyil, qızı ilə. Belə ki, o, qızının namizədliyini 80 saylı İmişli-Beyləqan seçki dairəsindən fərdi namizəd kimi irəli sürüb.

Modern.az saytı məlumatı dəqiqləşdirmək üçün Dairə Seçki Komissiyası ilə əlaqə saxlayıb.

80 saylı İmişli-Beyləqan seçki dairəsindən saytımıza bildirilib ki, Xanhüseyn Kazımlının qızı sənədlərini DSK-ya dünən təqdim edib:

“Əsli Kazımova deputatlığa namizəd olmaq üçün sənədlərini dünən təqdim edib”.

Qeyd edək ki, Xanhüseyn Kazımli birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub.



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button