Gündəm

Xameneinin nümayəndəsinin Bakı ofisinin fəaliyyəti dayandırılıb

Kiçik çavuş Elgin Nəzərxanlı  Zəngilan rayonu ərazisində xidmət apardığı sərhəd  məntəqəsinə hərəkət zamanı piyada əleyhinə minaya düşərək xəsarət alıb

Bugün, sentyabrın 30-da Azərbaycan hərbi qulluqçusu minaya düşüb.

Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Məlumatda yazılıb ki, saat 15:00 radələrində Sərhəd Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Elgin Nəzərxanlı Zəngilan rayonu ərazisində xidmət apardığı sərhəd məntəqəsinə hərəkət zamanı piyada əleyhinə minaya düşərək xəsarət alıb:

“İlkin tibbi yardım göstərildikdən sonra hərbi qulluqçu helikopterlə Füzuli rayonunun Əhmədbəyli qəsəbəsində yerləşən hərbi hospitala təxliyə edilmişdir, həkimlərin tam nəzarəti altındadır”.

Azərbaycanın rəsmi qurumlarının açıqlamasına görə, ötən il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatdan sonra minaya düşmə səbəbindən onlar tərəfdən 25 civarında şəxs həlak olub, 100-dən çoxu isə xəsarət alıb. Onlardan bir çoxunun hərbi qulluqçu olduğu da vurğulanıb.

Rəsmilər bir qayda olaraq Ermənistan tərəfini işğaldan azad edilən ərazilərinin mina xəritələrini verməməkdə günahlandırırlar.

Amma bir müddət öncə Azərbaycanda tutulan Ermənistan hərbi qulluqçularından bir neçə qrupunun geri təhvil verilməsi əvəzində Ağdam, Füzuli və Zəngilan rayonlarına aid mina xəritlərinin alındığı açıqlanmışdı. Hərçənd, sonradan Azərbaycan Prezidenti həmin xəritlərin yalnız kiçik bir hissəsinin reallığı əhatə etdiyini demişdi. Həmin açıqlamaya isə Ermənistan tərəfdən, hələlik, rəsmi münasibət bəlli deyil.

Xatırlatma

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button