Mədəniyyət

Xalça Muzeyində növbəti mühazirə – “Qədim ornamentlərin yaranma tarixi”

Azərbaycan Milli Xalça Muzeyində “Qədim ornamentlərin yaranma tarixi” adlı mühazirə keçirilib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov tərəfindən təqdim olunan mühazirədə ornamentlərin yaranması, onların mərhələli inkişafı tarixi haqqında ətraflı məlumat verilib. M.Hüseynov naxış sənətində məna, məzmun və simvolların anlamı barədə çıxış edib.

Professor iştirakçılar tərəfindən böyük maraqla qarşılanan mühazirədə onların mövzu ilə bağlı suallarını da cavablandırıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button