Mədəniyyət

Xaçmazda Əhmədiyyə Cəbrayılova həsr olunan filmin təqdimatı olub

Xaçmazda İkinci Dünya müharibəsinin iştirakçısı, partizan, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri Əhmədiyyə Cəbrayılova həsr olunmuş “O, Xarqo idi” sənədli filmi təqdim olunub.

APA xəbər verir ki, Mədəniyyət Nazirliyinin “Salnamə” film kinostudiyasının istehsal etdiyi sənədli filmin təqdimatında Xaçmaz şəhər ictimaiyyət nümayəndələri iştirak edib.

Filmin çəkilişləri Bakı, Şəki, Xaçmaz, Paris və Montobanda baş tutub.

Filmin ideya müəllifi Şahin Sinaria, ssenarist və rejissoru Tahir Tahiroviç, operatorları Rafiq Əliyev və Patrik Lyodovik, prodüseri isə Nazim Huseynovdur.

Filmdə Əhmədiyyə Cəbrayılov obrazını aktyor İqbal Əliyev canlandırıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button