DünyaManşet

WhatsApp-da səsli mesajların yazılmasını dayandırmaq mümkün olacaq

WhatsApp tətbiqinin developerləri səsli mesajların yazılmasını dayandırmağa və eyni andan davam etdirməyə imkan verən yeni funksiyanın üzərində işləyirlər. Bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

“Son məlumatlara görə, WhatsApp gələcək üçün səsli mesajların yazılmasını dayandırmaq funksiyası üzərində işləyir. Bu xüsusiyyət çox faydalıdır, çünki yeni mesaj (və ya bir neçə ayrı mesaj) yazmağa ehtiyac olmayacaq”, – portal yazır.

Portalda bu yeniliyin nə vaxt tətbiq ediləcəyi barədə dəqiq məlumat yoxdur.

Daha əvvəl portal məlumat verirdi ki, developerlər yazışmadan çıxandan sonra səs yazılarını arxa planda dinləməyə imkan verən başqa bir funksiyanın üzərində işləyir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button