İdman

Vüqar Həşimov Memorialı: Şəhriyar Məmmədyarov David Navara ilə üz-üzə gələcək

Bu gün Azərbaycanın mərhum şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirinə yekun vurulacaq.

“Report”un məlumatına görə, sonuncu yarış günündə bilts növündə 7 tur oynanılacaq.

VIII tur

Şəhriyar Məmmədyarov – David Navara (Çexiya)
Rauf Məmmədov – Vişvanatan Anand (Hindistan)
Vüqar Əsədli – Fabiano Karuana (ABŞ)
Riçard Rapport (Macarıstan) – Sergey Karyakin (Rusiya)

Qeyd edək ki, hazırda 20,5 xala malik olan Rapport turnir cədvəlinə başçılıq edir. Məmmədyarov 19 xalla ikinci, Karuana 18,5 xalla üçüncüdür. 18 xalı olan Karyakin dördüncü pillədə qərarlaşıb. Navara 11 xalla beşinci, Məmmədov 10,5 xalla altıncı, Əsədli 8 xalla yeddinci sırada qərarlaşıb. Anand isə 5,5 xalla sonuncu yerdə gedir.

Qalib rapid və blitsdəki yekun nəticələrə əsasən bəlli olacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button