İqtisadiyyat

Vüqar Gülməmmədov Hesablama Palatasının əsas strateji hədəflərini açıqlayıb

“Kadr potensialının gücləndirilməsi, İKT-nin geniş tətbiqi, hesabatların keyfiyyətinin artırılması, yeni audit metodlarının istifadə edilməsi Azərbaycan Hesablama Palatasının qarşısında duran əsas strateji hədəflərdir”.
“APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Dünya Bankının Azərbaycanın da daxil olduğu yeni hesabatını şərh edərkən bildirib.
Onun sözlərinə görə, 2021-2025-ci illəri əhatə edən Strateji plan və bu planın reallaşdırılması üçün tədbirlər planı artıq hazırlanıb: “Qeyd edim ki, bu plan IDI-nın dəstəyi ilə aparılmış Fəaliyyətin Qiymətləndirilməsi Çərçivəsində əsaslandırılıb. Bu istiqamətdə də fəaliyyətimiz uğurlu olub, IDI və xarici həmkarlarla təcrübə mübadiləsi gözəl nəticələrə gətirib çıxarıb”.
“Bizim Dünya Bankı ilə məhsuldar, müvəffəqiyyətli əməkdasliğımız olub. Bu, CAPSAP çərçivəsində baş verib. Qeyd edim ki, Hesablama Palatasının fəaliyyətini tənzimləyən yeni Qanunun ilkin layihəsi də birgə həyata keçirdiyimiz layihə çərçivəsinde hazırlanıb.
Eyni zamanda, 2012-2014-cü illəri əhatə edən layihə prosesində Hesablama Palatası performans auditinin təməlini mənimsəmiş, məhz həmin layihə çərçivəsində ilkin performans audit pilotlarını həyata keçirmişik və qazandığımız bacanqların daha da inkişaf etdirilməsi meqsedilə yeni qanun qəbul edilenadək hər il bu istiqamətda pilotlar icra etmişik”, – deyə sədr bildirib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button