Dünya

“VMedia”: “O filmdə iki ağılsız vardısa, Ermənistan rəhbərliyində elələri daha çoxmuş”

“VMedia” adlı yutub kanalı Ermənistanın sabiq prezidenti və baş naziri Serj Sarkisyanın ağlasığmaz xətaları, qəsdli yalanları, qəribə və aşkar sərsəm fikirlərinə həsr olunmuş klip yayımlayıb.
“Report” xəbər verir ki, klipdə S.Sarkisyanın siyasi həyatında səbəbsiz olaraq öz adını dəyişmək qərarından tutmuş seçkilərdə Nikol Paşinyana uduzmasınadək bir sıra uğursuz hadisələrdən bəhs edilir.
Həmçinin Ermənistana uzun illər ərzində rəhbərlik etmiş bu şəxsin yaxın ətrafını da elə özü kimilərdən seçdiyi xüsusi vurğulanır. O cümlədən keçmiş müdafiə naziri David Tonoyan, yaxud FHN Xilasetmə Xidmətinin sabiq rəis müavini Nikolay Qriqorian kimi fərdlərin Sarkisyan komandasının hansı acınacaqlı səviyyədə olması barədə aydın təəssürat yaratdığı qeyd olunur.
Yeri gəlmişkən, 2012-ci ilin 4 may günü iqtidardakı Respublikaçılar Partiyasının İrəvandakı mitinqi zamanı baş verən hadisə əsnasında N.Qriqoryan partiya sədri S.Sarkisyanı müdafiə edib. Həmin mitinqdə gənc fəalların əllərindəki ağ şarlardan bəziləri partlayaraq bir neçə nəfərin xəsarət almasına səbəb olmuşdu. Rusiyalı jurnalistlərin suallarına cavab verən N.Qriqoryan da şarlara helium vurulduğunu, partlayışın siqaretdən yarana biləcəyini deyərək hamını təəccübləndirib. Bu cavabı şərh etməyi lüzumsuz sayan jurnalistlər sadəcə heliumun inert, yəni qeyri-aktiv maddə olduğunu və yanmadığını xatırlatmaqla kifayətləniblər.
“Məşhur “Axmaq və daha axmaq” filmində iki qəhrəman vardısa, Ermənistan rəhbərliyində elələri daha çoxmuş”, – deyə klip müəllifləri 1994-cü ildə Cim Kerri ilə Cef Danielsin iştirakı ilə çəkilmiş məşhur komediya filmini yada salırlar. Və bu müqayisənin yerində işlənməsinə söz ola bilməz.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button