Dünya

Vladimir Zelenski Kanadanın baş naziri ilə görüşüb

Ukraynada səfərdə olan Kanadanın Baş naziri Castin Trüdo prezident Vladimir Zelenski ilə görüşüb.

Trend “Ukrinform”a istinadla xəbər verir ki, görüş zamanı Ukrayna prezidenti ölkəsinin birgə səylərlə bütün çətinliklərin öhdəsindən gələ biləcəyinə ümidvar olduğunu söyləyib.

“Kanada Ukraynanın azadlığı uğrunda mübarizədə onu dəstəkləyənlər sırasındadır. Kanadanın baş naziri Castin Trüdonun bu gün Ukrayna xalqının yanında olması bizim üçün çox şey deməkdir”, – V.Zelenski bildirib.

Qeyd edək ki, daha əvvəl Castin Trüdo Ukraynanın İrpen şəhərinə səfər etmişdir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button