Dünya

Vladimir Putin Tacikistana səfərini təxirə salıb

Rusiya Prezidenti Vladimir Putinlə Taciksitanın dövlət başçısı Emoməli Rahmon arasında telefon danışığı olub.
“Report” xəbər verir ki, məlumatı “Sputnik Tadjikistan” yayıb.
V.Putin telefon danışığı zamanı Şanxay Əməkdaşlıq Təşkilatı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Düşənbədə keçiriləcək Zirvə toplantılarına qatılmayacağını bildirib.
O əlavə edib ki, tədbirə videoformatda qoşulacaq.
Qeyd edək ki, V.Putin tacikistanlı həmkarının dəvəti ilə sentyabrın 15-də Düşənbəyə səfər edəcəkdi.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button