Gündəm
Vilayət Eyvazov daha bir generalı təqaüdə göndərdi

Azərbaycanda daha bir general təqaüdə göndərilib.
Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Azərbaycan Daxili İşlər Nazirliyinin nümayəndəsi, Müstəqil Dövlətlər Birliyinin İştirakçısı olan dövlətlərin ərazisində Cinayətkarlıq üzrə Büronun direktor müavini, polis general-mayoru Əkbər Yusifov daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib. Daha əvvəl DİN Katibliyinin sabiq rəisi polis general-mayoru Səfər Əliyev təqaüdə göndərilmişdi. (Report)