İqtisadiyyat

Veysəloğlu Şirkətlər Qrupu əmək bazarının tələblərinə uyğun gənc kadrlar yetişdirir

Veysəloğlu Şirkətlər Qrupunun təşkil etdiyi “Veysəloğlu ilə İlk Addım-3” (“VİA”) təcrübə proqramı çərçivəsində iştirakçılar müxtəlif bizneslərdə təcrübələrini davam etdirirlər. Layihənin əsas məqsədi gənclərin universitetlərdə öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmələrinə imkan yaradaraq müasir əmək bazarının tələblərinə uyğun gənc kadrların yetişdirilməsinə dəstək olmaqdır.
Təcrübəçilər Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Veysəloğlu” MMC, “ARAZ” supermarketlər şəbəkəsi, “OBA” marketlər şəbəkəsi, “Ulduz” şokolad fabriki “Xonça” şirniyyat evi və “AVT Logistika” MMC şirkətlərində iş prosesi ilə yaxından tanış olublar.
Gənclər təcrübə zamanı pərakəndə sektorunun fəaliyyəti, istehsalatın satış, marketinq və planlama, məhsulun hazırlanmasından müştəriyə çatdırılmasına qədərki prosesi yaxından izləyə biliblər.
5 ay davam edəcək proqram müddətində onlar Şirkətlər Qrupu və Qrupa daxil olan şirkətlərin ofislərində, mağazalarında və sahədə təcrübələrini davam etdirir, texniki və qeyri-texniki bacarıqlarını artıra biləcəkləri təlimlərə cəlb edilirlər. Sonda layihə iştirakçılarına çalışmaq istədikləri strukturu seçmək imkanı verilir.
27 ildir ki, Azərbaycan iqtisadiyyatına dəyər qatan Veysəloğlu Şirkətlər Qrupu topdan satış/distribusiya, pərakəndə, istehsalat, logistika sahələrində fəaliyyət göstərir. Bu gün Veysəloğlu Şirkətlər Qrupu 17 mindən çox əməkdaş sayı ilə Azərbaycanın ən iri iş yeri imkanı yaradan qurumlarından biridir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button