ManşetSiyasət

Vaşinqtonda “Nə oldu, Paşinyan” sədaları altında möhtəşəm aksiya

ABŞ-da yaşayan türklər və azərbaycanlılar Vaşinqtonda ermənilərin saxta soyqırım iddialarına qarşı möhtəşəm aksiya keçirib.

Bu barədə Musavat.com-a Vaşintonda yaşayan Muhammed Sami Görgülü məlumat verib. O, bildirib ki, 24 aprel 2022-ci ildə Vaşinqtonda erməni doasporu tərəfindən Türk rezidansı (Türk Evi) önündə təşkil edilmiş qondarma erməni soyqırımı aksiyasına cavab olaraq “Nə oldu, Paşinyan” şüarı ilə aksiya təşkil edilib. Aksiya Azərbaycan və Türkiyə təmsilçiləri tərəfindən təşkil olunub.

Əlamətdar hal budur ki, həmin aksiya Azərbaycan Prezidenti İlham Əliyevin 44 günlük müharibədə söylədiyi və trendə çevrilmiş “Nə oldu, Paşinyan” ifadəsinin musiqili variyasiyası əsasında təşkil olunub.

Həmin görüntüləri təqdim edirik:

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button