Cəmiyyət

Varşavada azərbaycanlı və erməni gənclər arasında insident baş verib

Polşanın paytaxtı Varşavada azərbaycanlı və erməni gənclər arasında insident yaşanıb.
“Report”un Avropa bürosunun məlumatına görə, hadisə Varşavanın Belyanı (Bielany) rayonunda baş verib.
Belə ki, axşam saatlarında yaşadıqları ərazidə küçədə azərbaycanlı gənclərin ucadan ingiliscə “Karabakh Is Azerbaijan!” şüarları yaxınlıqdakı kafedə əyləşən 4-5 nəfərdən ibarət gənc erməni oğlan və qızların etirazına səbəb olub.
Onların iradına baxmayaraq azərbaycanlı gənclər şüar səsləndirməsini davam ediblər. Bu zaman kafedən çıxaraq azərbaycanlı gənclərə hücum edən ermənilər ilə insident yaşanıb. Ətrafdakı şəxslər onları ayırıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button