İdman

Vaqif Cavadov “Qarabağ”ın qapıçısını Qazaxıstana aparır

Qazaxıstanın daha bir klubu Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Emil Balayevi heyətinə qatmaq istəyir.

“Turan” 28 yaşlı qolkiperlə maraqlanır.

Premyer Liqa təmsilçisinin Balayevlə danışıqlara başladığı da iddia olunub. Baş məşqçi Vladimir Qazzayev yeni qapıçı axtarır və azərbaycanlı oyunçunu komandasında görmək istəyir.

Balayev 2019-cu ildə “Tobol”da 42 yaşlı mütəxəssisin rəhbərliyi altında çıxış edib.

“Turan”ın məşqçisi isə Azərbaycan millisinin keçmiş hücumçusu Vaqif Cavadovdur.

Qeyd edək ki, Emil Balayevi ölkənin digər klubu “Aktobe” də heyətinə qatmaq istəyir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button