İqtisadiyyat

Valyuta hərraclarında bu il əsasən təklif tələbi üstələyib

Profisitli tədiyə balansı valyuta bazarında təklifi və beləliklə qiymətlər sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini dəstəkləyir. Cari ilin ötən dövründə Mərkəzi Bankda (AMB) keçirilən valyuta hərraclarının 85%-də təklif tələbi üstələyib.
Bu barədə “APA-Economics” AMB-yə istinadən məlumat verir.
Qeyd edək ki, cari ilin yanvar-avqust aylarında Neft Fondu valyuta hərraclarında 3,74 mlrd. dollar satıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25,3% azdır.
AMB bildirib ki, inflyasiyanın yüksəlməsi şəraitində nominal faizlərin dəyişməz qalması real faizlərin azalmasını şərtləndirir. Dövlət büdcəsinin profisitli icrası və vahid xəzinə hesabının dinamikası pul bazasının aşağı templi artımını şərtləndirib və pul bazası 8 ayda 4,5% artıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button