Cəmiyyət

Vaksinasiya prosesi və peyvəndləmə haqqında təbliğat kampaniyaları davam edir

Azərbaycanda vaksinasiya prosesi və peyvəndləmə haqqında təbliğat kampaniyaları davam edir.
“Report” xəbər verir ki, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) birlikdə vaksinasiya üçün növbəti təbliğat kampaniyasını həyata keçirir.
“Birimiz hamımız üçün peyvənd olunaq” şüarı altında həyata keçirilən təbliğat kampaniyası “Peyvənd olunaq – darıxdığımız həyatı qaytaraq” şüarının davamı olmaqla yanaşı vaksinasiyanın yaxınlarımızı və təmasda olduğumuz hər kəsi qorumağın əsas yolu olduğunu göstərir.
Kampaniya üçün nəzərdə tutulan sosial media məzmunu, video və radioçarxlar, çöl reklamları və çap materiallarında darıxdığımız həyatı qaytarmağa dəstək olan şəxslərə minnətdarlıq edilir, COVID-19 pandemiyasından xilas olmağın yeganə yolunun vaksinasiya olduğu əks olunur.
Kampaniya çərçivəsində işıq üzü görən videoçarx vaksin olunan şəxslərə “təşəkkür” xarakterlidir. Yanvar ayından etibarən başlayan və hazırda da davam edən vaksinlənmə prosesi nəticəsində bağlı olan əksər iş yerləri açılmış və iş saatları normaya qayıtmışdır.
Əsas mesaj isə ondan ibarətdir ki, peyvənd olunmaq şəxsi yox, cəmiyyət ilə bağlı verilən qərardır. Təbliğat kampaniyasının şüarı da bu düşüncələri tamamlayır: Birimiz hamımız üçün peyvənd olunaq.
Kampaniyanın kommunikasiya strategiyası “Maverick” Kommunikasiya Agentliyi, istehsalat işləri isə Bakı Media Mərkəzi tərəfindən reallaşdırılmışdır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button