İqtisadiyyat

“Vətəndaşın büdcə bələdçisi” kitabı hazırlanıb

Maliyyə Nazirliyi vətəndaşları dövlət büdcəsi ilə əlçatan formada tanış etmək məqsədilə 2022-ci il üçün dövlət və icmal büdcələrini özündə birləşdirən “Vətəndaşın büdcə bələdçisi” kitabını hazırlayaraq rəsmi internet səhifəsində yerləşdirib.

Bu barədə “Report” Maliyyə Nazirliyinə istinadən xəbər verir.

“Əvvəlki illərin büdcəsindən həcm və ünvanlılığı ilə fərqlənən 2022-ci ilin dövlət büdcəsi ölkəmizin qədəm qoyduğu yeni mərhələni, qarşıda duran çağırışları və reallıqları özündə əks etdirir. Vətəndaş öz həyatında xüsusi rol oynayan büdcə sənədində özünə lazım olan bütün məlumatları tapmalıdır. Ona görə də Maliyyə Nazirliyi tərəfindən hazırlanan “Vətəndaşın büdcə bələdçisi”ndə də bu məqamlara xüsusi üstünlük verilib”, – kitabın ön sözündə bildirilir.

Bələdçidə ölkəmizin büdcə sistemi, büdcə təqvimi, dövlət büdcəsinin strukturu, budcə-vergi siyasətinin prinsipləri, büdcə prosesi, 2022-ci il üzrə gəlir mənbələri və daxilolmalar, xərclərin istiqamətləri, o cümlədən prioritet xərclər, yerli gəlir və xərclər, eləcə də dövlət borcunun idarə edilməsi ilə bağlı xərclər barədə məlumatlar vətəndaşlara sadə anlaşılıqlı dildə izah olunur.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button