Cəmiyyət

Vətən müharibəsində əlil olan şəxslər attestasiyadan keçirilməyəcək

“Vətən müharibəsində yaralanaraq əlil olan işçilərin attestasiya zamanı qiymətləndirilmə tələbindən azad olunması nəzərdə tutulub”.

Bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov “Sosial saat”da deyib.

Onun sözlərinə görə, eyni zamanda iş yerində baş verən bədbəxt hadisə nəticəsində xəsarət alaraq əlil olan şəxslərə ixtisar zamanı üstünlük verilir: “I və II qrup əlil şəxslər üçün qısaldmış iş vaxtı müəyyən olunub. Əlil şəxslər üçün əmək məzuniyyətinin verilməsi müddəti 42 gündən az deyil”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button