Mədəniyyət

Vətən müharibəsi ilə bağlı daha 11 film layihəsinin tamamlanması işləri aparılır

Mədəniyyət Nazirliyi ötən bir il ərzində Vətən müharibəsindəki qələbəyə həsr olunan 20-dən artıq müxtəlif metrajlı filmin istehsalına maliyyə dəstəyi göstərib.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu ekran əsərləri arasında həm dövlət studiyaları, həm də özəl prodüser mərkəzləri tərəfindən çəkilən filmlər var:

“Nazirlik tərəfindən Vətən müharibəsinə həsr olunan “Böyük qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsi uğurla başa çatıb. Müsabiqədə seçilən 11 film layihəsinin istehsalı istiqamətində tamamlanma işləri davam etdirilir. Nazirliyin dəstəyi ilə çəkilən “Biz” və “Şuşa, sən azadsan!” sənədli filmləri artıq 2021-ci ildə tamaşaçılara təqdim olunub”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button