Gündəm

Vəkilliyə qəbul imtahanı keçirilir 

Oktyabrın 2-də Azərbaycanda vəkilliyə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsi keçirilir. 

Dövlət İmtahan Mərkəzinin (DİM) kompüter mərkəzində keçirilən imtahanda iki növbəli olmaqla 280 namizəd iştirak edir. 

Üç saat davam edəcək imtahanda namizədlərə hüququn müxtəlif sahələrinə aid 100 test sualı təqdim olunur. Bu suallardan 60 mümkün balı toplaya bilən namizədlər imtahanın növbəti, şifahi mərhələsində iştirak edə biləcəklər. 

Hər sual 1 balla qiymətləndirilir. 

Vəkilliklə bağlı qanunvericiliyə edilən son dəyişiklikdən sonra yalnız Azərbaycan Vəkillər Kollegiyasına üzv olan hüquqşünaslar  vəkil kimi fəaliyyət göstərə bilərlər. Əvvəlki qanunvercilikdə isə, kollegiyaya üzvülüyü  cinayaət işlərində mütləq idi. 

Azərbaycanda son illər bir çox vəkillər kollegiyadan uzaqlaşdırılıb. Onlardan bəziləri də müxalifətçilərin və jurnalistlərin müdafiəsində iştirak edən vəkillər olub. Hüquq müdafiəçiləri bunu siyasi sifarişlə, Vəkillər Kollegiyasının rəhbərliyi isə bunu onların qanunvericiliyin tələblərini pozmaları ilə izah edib. Amma onlardan bəzilərinin hüquqlarının pozulduğunu Avropa İnsan Hüquqları Məhkməsi də tanıyıb. Bir neçəsinin işi də orada hazırda  baxılmasını gözləyir.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button