Dünya

Vəkil: “Mixeil Saakaşvili hərəkət etməkdə çətinlik çəkir”

“Mixeil Saakaşvilinin aclıq aksiyası kifayət qədər çətin mərhələyə keçib. Onun hərəkət etməsi ilə bağlı problemi var, ayaqları şişib”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidentinin vəkili Beka Basilaya jurnalistlərə deyib.
Rustavidəki 12 saylı həbsxanada müdafiə etdiyi şəxsə baş çəkən vəkilin sözlərinə görə, M.Saakaşvili güclü olsa da, aclıq keçirməsi səhhətinin daha da ağırlaşmasına gətirib çıxaracaq.
B.Basilaya qeyd edib ki, sabiq dövlət başçısının şəxsi həkimi Nikoloz Kipşidzeyə onu ziyarət etməsinə imkan verilməlidir.
Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, həmin gündən aclıq aksiyası keçirir. Ötən gün siyasətçinin şəxsi həkimi N.Kipşidzeyə onu ziyarət etməsinə icazə verilməyib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button