Dünya

Vəhşi qazlar Ukraynada Rusiya qırıcısını məhv etdi

Xerson vilayətində vəhşi qazlar vətənpərvərliyi ilə seçilib. Belə ki, onlar Rusiyanın döyüş təyyarəsini məhv ediblər. Bu barədə “Znay.UA” hadisə şahidlərinə istinadən məlumat yayıb.

 

Bildirilir ki, hadisə Xersonun cənubunda və ilhaq edilmiş Krımla inzibati sərhədə yaxın olan Kalançak qəsəbəsi yaxınlığında baş verib. Bir neçə Rusiya təyyarəsi vəhşi qazların dincliyini pozub. Nəticədə bir neçə quş Rusiya Aerokosmik Qüvvələrinin qırıcılarından birinin mühərrikinə dəyib, bu da təyyarənin bataqlığa düşməsinə səbəb olub. Pilotun sağ qalıb-qalmaması isə məlum deyil.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button