Açıq HökumətMəqalələr

Üzv ölkələrin Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü prinsiplərinə uyğun hərəkət etmələri necə nəzarətdə saxlanılır?

Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsünə (OGP) qoşulmaqla, bütün üzvlər fəaliyyət planının bir hissəsi kimi iddialı və hökumətin mövcud təcrübəsindən kənara çıxan öhdəliklər götürməyi və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı fəaliyyətlərini qiymətləndirib hesabat verməyi öhdəsinə götürürlər.

Bütün AHT (Açıq Hökümət Təşəbbüsü) üzvlərindən OGP prosesinə riayət etmələri və AHT-yə qoşulduqları zaman qoşulduqları Açıq Hökumət Bəyannaməsində qeyd olunan dəyərləri və prinsipləri dəstəkləmələri gözlənilir. OGP prosesinə zidd hərəkət edən və ya OGP prinsiplərinə zidd hərəkət edən ölkənin AHT-də iştirakı nəzərdən keçirilə bilər.

İştirakçı hökumətlər fəaliyyət planında tamamlanan islahatların yekun nəticələri, icra zamanı məsləhətləşmələr və öyrənilmiş dərslər haqqında Fəaliyyət Planının nhəyata keçirilməsinin  sonunda Özünü Qiymətləndirmə Hesabatını hazırlamağa təşviq edilir.

Ölkənin AHT prosesinə və yaxud prinsiplərinə zidd addımlar atarsa, OGP Rəhbər Komitəsi tərəfindən nəzarət edilən aşağıdakı yoxlama mexanizmləri vasitəsilə reaksiya verilə bilər:

Prosessual Baxış: Fəaliyyət planlarının vaxtında çatdırılmasından tutmuş fəaliyyət planı dövrləri boyunca minimum birgə işlənmə standartlarına cavab verən və minimum OGP uyğunluq xallarının saxlanmasına qədər bütün iştirakçı üzvlərin OGP prosesinə uyğun hərəkət etməsini təmin edən mexanizmdir.

Cavab Siyasəti: Bu Siyasət yalnız AHT-nin iştirakçısı olan ölkə Açıq Hökumət Bəyannaməsində ifadə olunduğu kimi, AHT-nin dəyər və prinsiplərinə xələl gətirən, həmin şəxslərə kobud və açıq-aşkar etinasızlıq nümayiş etdirən hərəkətlər etdiyi xüsusi  hallarda tətbiq edilir.

Sürətli Cavab Protokolu: OGP üzvü tərəfindən AHT dəyərlərinin və prinsiplərinin ciddi şəkildə pozulması ilə bağlı iddiaların olduğu və tələb olunan cavabın təcili xarakter daşıdığı vəziyyətlərə AHT-nin çevik (üç ay ərzində)  reaksiya verməsi üçün tətbiq edilir.

İstiqlal.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button