İqtisadiyyat

ÜTT qlobal ticarət və ÜDM üzrə proqnozunu yaxşılaşdırıb

Ümumdünya Ticarət Təşkilatı (ÜTT) 2021-ci il üçün qlobal ticarətin artımı üzrə proqnozunu 8%-dən 10,8%-dək artırıb.
“APA-Economics”in quruma istinadən verdiyi məlumata görə, 2022-ci ildə qlobal ticarət dövriyyəsinin 4,7% böyüməsi proqnozlaşdırılır. Bundan əvvəlki proqnoz 4%-lik artım vəd edirdi.
Hesabata görə, qlobal ticarət dövriyyəsi COVID-19 pandemiyasından əvvəlki səviyyəyə yaxınlaşdığı üçün artım tempi yavaşlayacaq. Qeyd edilir ki, limanlarda gecikmələr və digər oxşar təchizat problemləri tədarük zəncirlərini gərginləşdirə və müəyyən sahələrdə ticarətə mənfi təsir göstərə bilər. Lakin bu, ümumi göstəricilərə ciddi təsir göstərməyəcək. Hesabatda vurğulanır ki, ən böyük mənfi təsir COVID-19 pandemiyasından qaynaqlanır.
Əlavə edək ki, ÜTT bu il 5,3%, gələn il isə 4,1% səviyyəsində qlobal iqtisadi böyümə proqnozlaşdırır. Bundan əvvəlki gözləntilər müvafiq olaraq 5,1% və 3,8% idi.
Proqnozun yüksəldilməsi ölkələrin pul və maliyyə siyasətinə güclü dəstəyi və vaksinasiya sayəsində iqtisadi fəaliyyətin bərpası ilə bağlıdır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button