Gündəm

Uşaqlar arasında yayılan xəstəlik artıb – Hərarət 39-40 olur

Gəncədə son aylar yüksək hərarətlə xəstəxanaya gələn uşaqların sayında artım müşahidə olunur.

İki sayılı Uşaq Birləşmiş Xəstəxanasına yerləşdirilən uşaqların hərarəti əsasən 39-40 dərəcə olur.

Valideynlər deyir ki, övladlarının hərarəti günlərlə düşmədiyindən məcburən xəstəxanaya müraciət etməli olurlar.

Qızdırma əsasən 4-8 yaş arası uşaqlarda müşahidə olunur.

Rəsmi rəqəmlərə əsasən təkcə son iki ayda xəstəxanaya 200-ə yaxın uşaq gətirilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button