GündəmManşet

Uşaqlar arasında yayılan virusun səbəbi açıqlanıb – rəsmi izahat

“Son bir aydır məktəblilər arasında yayılan qusma və ishalla müşahidə edilən hallar və hərarət müşahidə olunur”.

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxssis-eksperti pediatr Əkbər Quliyev deyib. Onun sözlərinə görə, bu uşaqlara arasında yayılan rotavirusla əlaqəlidir:

“Bu, azyaşlı uşaqlarda da çox görülür. 5-10 yaş aralığında olan uşaqlarda yoluxma halları daha çox görülür. Bu artıq epidemiya halını alıb. Bu virus nəcisdən götürülən analizlə müəyyən edilir. Əsas məqam ondan ibarətdir ki, uşaqlarda bu zaman kəskin su itkisi baş verir. Çalışırıq ki, bunun qarşısını alaq. Təssüf ki, rotavirusun simptomları bir həftədən bir aya qədər davam edir. Virusun uşaqlardan valideynlərinə də keçir” – o deyib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button