Cəmiyyət

Uşaq bağçalarında yeni vəzifələrin yaradılması təklif edilir

Körpələr evlərində və uşaq bağçalarında yeni vəzifələrin yaradılması təklif edilir.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb.

Belə ki, məruzədə körpələr evlərində və uşaq bağçalarında “uşaq psixoloqu” və “erkən inkişaf üzrə mütəxəssis” ştat vahidlərinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli, 61 nömrəli “Büdcədən maliyyələşdirilən məktəbəqədər təhsil müəssisələrinin nümunəvi ştatı haqqında” Qərarında müvafiq dəyişikliklərin edilməsi təklif edilir.

Qeyd edək ki, məruzə Milli Məclisin martın 4-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button