İqtisadiyyat

“Urals” neftinin qiyməti 80 dolları ötüb

Avropada Rusiyanın “Urals” markalı ixrac neftinin bir barelinin qiyməti 5 oktyabr tarixində (axşam saatlarında – red.) 2018-ci ilin oktyabrından ilk dəfə 80 dolları ötüb.
“APA-Economics”in “Argus” beynəlxalq qiymət agentliyinə istinadən verdiyi məlumata görə, Avropanın Şimal-Qərbində (CIF Rotterdam) “Urals”ın bir barelinin qiyməti 80,8 dollara, Aralıq dənizində (CIF Augusta) isə 81,35 dollara çatıb.
Qeyd olunur ki, “Urals”ın qiyməti “Brent” etalon markalı neftin bahalaşması fonunda yüksəlir.
Xatırladaq ki, bu günlərdə “Brent”in qiyməti 2018-ci ildən bəri ilk dəfə 83 dolları ötüb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button