İqtisadiyyat

“United Airlines” peyvənd olunmayan 600-dək əməkdaşını işdən çıxaracaq

ABŞ-ın “United Airlines” aviaşirkəti daxili bir məktubda ABŞ-da çalışan 67 min işçisinin demək olar ki, hamısının COVID-19 əleyhinə peyvənd edildiyini açıqlayıb. Lakin şirkətin 593 işçi peyvənd olunmaqdan imtina edib və aviaşirkət onlara qarşı işdən azad edilmə proseduruna başlayıb.
“APA-Economics”in məlumatına görə, bu barədə “The Wall Street Journal”yazır.
Məlumata görə, aviaşirkət avqustun əvvəlində ABŞ-da şalışan bütün işçiləri üçün məcburi peyvənd tələbini irəli sürüb. Peyvəndlə bağlı son tarix sentyabrın 27-i müəyyən edilmişdi. Lakin bu müddət ərzində şirkətin 593 işçisi peyvənd olunmayıb, onlardan 20-si pilot, 100-dən azı isə stüardessadır. Bundan əlavə, təxminən 2 min işçi tibbi və ya dini səbəblərə görə peyvənd olunmaqdan azad edilib. Həmin işçilər oktyabrın 15-dən etibarən ödənişsiz məzuniyyətə göndəriləcək. Bu arada, “United Airlines” tətilə göndərilməsindən narazı qalan və ayrı-seçkilik adlandıran bəzi işçilərin iddialarına məhkəmədə etiraz edir.
Eyni zamanda, aviaşirkətin rəhbərliyi bildirib ki, işdən çıxarılmağa hazırlaşan 593 işçi öz işinə qayıda bilər. Bunun üçün onlar sadəcə peyvənd olunmalıdır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button