Dünya

UNİCEF: “Taliban” qızların məktəbə getməsinə icazə verəcək”

“Taliban” hökuməti yaxın zamanlarda Əfqanıstanın bütün ərazisində qızların məktəbə getməsinə icazə verəcəklərinə söz verib”.
“Report” TASS-a istinadən bildirir ki, bunu ötən həftə Əfqanıstanın paytaxtı Kabilə səfər edən UNİCEF-in icraçı direktorunun müavini Ömər Abdi deyib.
O, BMT-nin qərargahında jurnalistlərin suallarını cavablandırarkən söyləyib: “Gözlədiyimiz hər gün, məktəbə getməyən qızlar üçün itirilmiş gündür”.
M.Abdi onu da qeyd edib ki, Əfqanıstanın 34 əyalətindən 5-də – Balx, Cövzcan, Samangan, Kunduz və Uruzqan – qızların orta məktəbə getməsinə icazə verilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button