Dünya

UNICEF Əfqanıstanda qızlar üçün məktəblərin bağlanması ilə bağlı narahatdır

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Uşaqlara Təcili Yardım Fondu (UNICEF) bir daha qızlar üçün orta məktəblərin bağlanmasından narahatlığını dilə gətirib və Əfqanıstanda təhsilin siyasətin girovuna çevrilməməli olduğunu vurğulayıb.

“Khama Press” xəbər verir ki, UNİCEF-in Qlobal Dəstək və Kommunikasiyalar üzrə direktoru Paloma Eskudero Kabildə qızlar üçün ibtidai məktəbə baş çəkib.

O, deyib ki, bu əfqan qızlar həmişəkindən daha çox beynəlxalq dəstəyə ehtiyacı var və donor ölkələri Əfqanıstandakı məktəbli qızlara dəstək olmaq üçün heç bir dəstəyi əsirgəməməyə çağırır.

Direktor daha sonra donor ölkələrdən biri olan ABŞ-ın Əfqanıstana və təhsildən məhrum olan qızlara yardımını davam etdirəcəyini qeyd edib.

UNICEF həmçinin Əfqanıstandakı müəllimlərə iki aylıq təqribən 200,000 təcili pul yardımı ödəməyi planlaşdırıb. İndiyə qədər ölkədə 35 milyondan çox dərslik təmin edilib.

Bundan əvvəl UNICEF 50-dən çox oğlan və qızın ölümünə səbəb olan bir sıra hücumlardan narahatlığını ifadə edərək, bunu Əfqanıstanda “ağır hüquqların pozulması” adlandırıb.

“Taliban”ın Təhsil Nazirliyi, bununla belə, 7-12-ci siniflərdə oxuyan qızlar üçün məktəblərin yaxın gələcəkdə yenidən açılacağına inandırıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button