İqtisadiyyat

Un istehsalı ilə məşğul olan şəxslərə satılan una görə subsidiya verilməsi müddət uzadılıb

Un istehsalı ilə məşğul olan şəxslərə satılan unun hər tonuna görə 35 manat məbləğində subsidiya verilməsi müddəti uzadılıb.
APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” 2021-ci il 16 fevral tarixli qərarına müvafiq dəyişiklik edib.
Qüvvədə olan qərara əsasən, Un istehsalı ilə məşğul olan şəxslərə satılan unun hər tonuna görə 2021-ci il fevralın 1-dən mayın 1-dək olan dövrdə 35 manat məbləğində subsidiya verilməli idi. Dəyişikliyə əsasən, bu müddət sentyabrın 1-dək uzadılıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button