İqtisadiyyat

“Ümid” yatağından indiyədək 4 mlrd. kubmetrdən çox qaz hasil edilib

Xəzərin Azərbaycan sektorunda yerləşən “Ümid” qaz-kondensat yatağından sənaye işlənməsinə başlanandan 01.01.2021-ci il tarixədək 4 108,7 mln. kubmetr qaz hasil edilib.
“APA-Economics”in SOCAR-ın illik hesabatına istinadən verdiyi məlumata görə, hesabat dövründə yataqdan 655,4 min ton kondensat hasil edilib.
Hesabata əsasən, 2020-ci il ərzində yataqdan 1 091,3 mln. kubmetr qaz və 170,9 min ton kondensat hasil olunub.
“Ümid” yatağı 2012-ci ildə “Ümid-1” platformasından U1-10 saylı quyu ilə sənaye işlənməsinə daxil edilib. Hazırda yataqda 3 istismar quyusu (U1-10, U1-14, U1-16 №-li quyular) fəaliyyət göstərir.
Xatırladaq ki, “Ümid” yatağı 2010-cu ildə kəşf edilib. İlkin hesablamalara görə, yatağın ehtiyatı 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat həcmində qiymətləndirilir. “Ümid” yatağı 2012-ci ildə sənaye istismarına daxil edilib.
Qeyd edək ki, 2017-ci il yanvarın 12-də “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında SOCAR-la “SOCAR Umid Oil and Gaz Ltd.” şirkəti arasında Risk Xidmət Sazişi imzalanıb. Bundan əlavə blokun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında “SOCAR Umid Oil and Gas Ltd.” şirkəti və “Umid, Babek Exploration & Production” şirkəti arasında müqavilə imzalanıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button