Redaktorun seçimi

Ukraynanın Vatikanda səfiri: “Azərbaycanın dini abidələri işğal zamanı dağıdılıb”

“Azərbaycan haqqında danışarkən ümumi tezis belədir ki, müxtəlif etnoslar, dinlər arasında heç bir nifrət və anlaşılmazlığın olmadığı dövlətdir. Bu, hər bir millətin, hər bir dini istiqamətin özünü rahat hiss etməsi üçün qarşılıqlı əlaqə yaratmağın canlı nümunəsidir”.

Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukraynanın Vatikan dövlətində yeni təyin olunmuş səfiri Andrey Yuraş deyib.

“Təəssüf ki, özüm Azərbaycanda olmamışam. Ancaq onun haqqında çox şey bilirəm. Məsələn, deyə bilərəm ki, Bakı şəhəri dostcasına, dinc birgəyaşayışın etolonudur. Bilirəm ki, Azərbaycan müxtəlif etnosların milli icmaları var. Onların hamısı əsrlər boyu özlərini çox rahat hiss ediblər”, – səfir əlavə edib.

A.Yuraş Azərbaycanın lap çoxdan davam edən ənənəni – bir qədər fərqli olan qonşunu anlamaq xüsusiyyətini işğaldan azad edilmiş ərazilərə də daşıyacağına əmin olduğunu vurğulayıb:

“Qonşu başqa dildə danışa, fərqli formada dua edə bilər, amma yenə də qonşu olaraq qalır. Bu, çox vacibdir. Eyni zamanda, buna dünya ictimaiyyətini də inandırmaq lazımdır. Bu mənada iş mətbuatın üzərinə düşəcək. Çünki hər şeyi göstərmək lazımdır. Axı bəzən qarşı tərəfdən bu və ya digər məsələlər irəli sürülür. Belə iddiaların əsassız olduğunu sübut etmək, reallıqda vəziyyətin necə olduğunu göstərmək üçün Azərbaycanın etdiklərini sənədli şəkildə təqdim etmək lazımdır. Məsələn, ərazilərin işğaldan azad edilməsindən sonra orada infrastrukturun hansı vəziyyətdə olduğunu gördük. Eləcə də Azərbaycan tarixini, ənənələrini əks etdirən müxtəlif dini, mədəni abidələr dağıdılıb. Hamımız bunları gördük. Əminəm ki, ən qısa zamanda bu dağıntıların yerində bərpa işlərinin nəticələrini görəcəyik. Gələcəkdə isə birgə yaşayan, mövcud olan konkret icmalar arasında tolerenatlıq mexanizminin yaradılması səviyyəsində mədəni-dini inteqrasiya nümayiş etdirilməlidir”.

Qeyd edək ki, iki gün əvvəl Prezident Volodimir Zelenski tərəfindən Ukraynanın Vatikan dövlətində yeni səfiri təyin olunan Andrey Yuraş buna qədər Nazirlər Kabinetində müxtəlif vəzifələr tutmaqla yanaşı, dinlərarası və millətlərarası məsələlər üzrə beynəlxalq ekspertdir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button