Dünya

Ukraynanın hərbi ehtiyaclar üçün xərcləri 8 milyard dolları ötüb

Rusiyanın hərbi əməliyyata başlamasından sonra Ukrayna hökuməti orduya 8,3 milyard ABŞ dolları yönləndirib.

Bu barədə Ukraynanın maliyyə naziri Sergey Marçenkonun Reuters agentliyinə verdiyi yazılı açıqlamada deyilir.

Qeyd olunur ki, bu vəsait müxtəlif növ silahların alınmasına, hərbi texnikanın təmirinə, habelə rəsmi statistikaya əsasən ölkədə 2,7 milyon nəfərə yaxın olan müvəqqəti köçkünlərə yardım göstərilməsinə yönəldilib.

Bundan əlavə, Marçenko bildirib ki, Ukrayna aprel ayında planlaşdırılan vergi daxilolmalarının yalnız 60%-ni, eləcə də xaricdən təxminən 2 milyard ABŞ dolları həcmində iqtisadi dəstək alıb ki, bunun da 719 milyonu qrant şəklində verilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button