Dünya

Ukraynanı tərk edən qaçqınların sayı açıqlanıb

Ukraynada hərbi əməliyyatların başladığı fevralın 24-dən bu günədək 4,2 milyondan çox şəxs ölkəni tərk edib.

Trend-in məlumatına görə, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bildirib.

Son sutka ərzində 29 mindən çox qaçqın Ukraynanı tərk edib.

Fevralın 24-dən Polşaya 2,5 milyona yaxın ukraynalı qaçqın, Rumıniyaya 648 410, Moldovaya 396 448, Macarıstana isə 394 728 nəfər keçib.

Eyni zamanda, 7,1 milyondan çox ukraynalı ölkə daxilində məcburi köçkünə çevrilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button