Gündəm

Ukraynadakı vəziyyətlə əlaqədar Azərbaycan vətəndaşları Polşa ərazisinə keçə bilər

“Ukraynadakı vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının vətəndaşları Polşa ərazisinə keçə bilər”.

Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova APA-ya açıqlamasında bildirib ki, Azərbaycan vətəndaşları Polşa ərazisində 15 gündən artıq qala bilməz.

“Ehtiyacı olan və qalmaq problemi olan şəxslər üçün keçid məntəqələrinin yaxınlığında qəbul yerləri təşkil edilib”,- deyə Nərgiz Qurbanova bildirib.

Keçid məntəqələri və qəbul yerləri aşağıdakılardır:

Dorohusk – Jagodzin Suchodolski Palace Communal Culture and Tourism Center, ul. Parkowa 5, 22-175 Dorohusk Dolhobyczów – Uhrynów Border Culture and Recreation Center, ul. Spółdzielcza 8, 22-540 Dołhobyczów

● Zosin – Ustyluh School Complex in Horodło, ul. Piłsudskiego 58, 22-523 Horodło. Hrebenne – Rawa Ruska Primary School in Lubycza Królewska ( back of the sports hall ), ul. Jana III Sobieskiego 5, 22-680 Lubycza Królewska

● Korczowa – Krakowiec Common room, Korczowa 155, 37-552 Korczowa Medyka – Szeginie Sports Centre – Medyka 285, 37-732 Medyka Budomierz – Hruszew Primary School in Krowica Sama 183, 37-625 Krowica Sama. Krościenko – Smolnica Former Primary School in Łodyna, Łodyna 41, 38-700 Ustrzyki Dolne.

Keçid zamanı vətəndaşlarımız etibarlılıq müddəti, qüvvədə olan pasport yaxud qayıdış şəhadətnaməsini təqdim etməlidir. COVID sertifikatı və viza tələb olunmur.

Əlavə sualların yaranacağı təqdirdə səfirliyin qaynar telefon xətti:

+48 576 900 183 Səfirliyin konsulluq şöbəsinin telefon nömrəsi : +48 22 718 30 70

Səfirliyin konsulluq şöbəsinin e – poçt ünvanı: [email protected]

Ukrayna ilə Polşa arasında sərhəd – keçid məntəqələri fasiləsiz çalışır.

Vətəndaşların qəbulu ile bağlı Polşa hökumətinin +48 47 721 75 75 qaynar xətti fəaliyyət göstərir.

Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat təqdim olunacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button