Dünya

Ukraynada karantin rejimi martın 31-dək uzadılıb

Ukrayna hökuməti ölkə ərazisində qüvvədə olan adaptiv karantin rejimini 2022-ci il martın 31-dək uzadıb.

Bu barədə ölkənin baş naziri Denis Şmıqal Nazirlər Kabinetinin iclasında deyib.

O bildirib ki, ictimai məkanlara sertifikatlarla daxil olma, maska taxmaq və məsafə saxlama tələbləri müddətin sonunadək qüvvədə qalır.

Baş nazir əlavə edib ki, bu günədək əhalinin 40 faizi koronavirusa qarşı peyvənd olunub.

Qeyd edək ki, adaptiv karantin çərçivəsində regionlar epidemioloji vəziyyətdən asılı olaraq yaşıl, sarı, narıncı və qırmızı zonalara bölünüb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button