Dünya

Ukraynada 5 britaniyalı jurnalist yaralanıb

Böyük Britaniyanın “Sky News” telekanalının 5 müxbiri Ukraynada yaralanıb.

“Report” BBC-yə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Boris Conson məlumat verib.

O, Rusiyanın azad mediaya təzyiqlərini qınayıb.

Bildirilib ki, reportyorların hərəkətdə olduqları avtomobilə atəş açılıb. Məlumata görə, onlara hücum edən Rusiyanın kəşfiyyat bölüyü olub.

Qeyd edək ki, daha əvvəl BBC, CNN və “Bloomberg” ölkədə fəaliyyətlərini müvəqqəti dayandırdıqlarını bildirmişdilər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button