Dünya

Ukraynada 4,3 bal gücündə zəlzələ olub

Ukraynanın Ternopol vilayətində 4,3 bal gücündə zəlzələ olub.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Xüsusi Nəzarət Mərkəzi mətbuat xidməti bildirib.
Məlumata görə, zəlzələ vilayətin Çertkov şəhərində 6 km dərinlikdə baş verib. Bildirilib ki, sonuncu dəfə belə gücdə zəlzələ 2002-ci ildə qeydə alınıb.
Ukrayna Fövqəladə Hallar Nazirliyi yeraltı təkanlar nəticəsində itki, xəsarət alan və dağıntının olmadığını bildirib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button