Gündəm
Ukraynada 4 azərbaycanlı həlak olub

Ukraynada baş verən hadisələr zamanı 4 azərbaycanlı həlak olub.
Trend xəbər verir ki, bu barədə AZƏRTAC-a Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib.
Qeyd olunub ki, baş vermiş ölüm hallarının təfərrüatları araşdırılır.