Siyasət
Ukrayna səfiri Azərbaycana təşəkkür edib

Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri humanitar yardımla əlaqədar Azərbaycana təşəkkür edib.
Səfir “Tivtter”-də paylaşımında yazıb ki, Ukrayna təcili vacib humanitar yardımlar – dərman və tibbi ləvazimatlar almağa başlayıb.
“Biz Ukraynaya praktik dəstəyə görə dost Azərbaycana təşəkkür edirik”, – deyə səfir qeyd edib.