ManşetSiyasət

Ukrayna-Rusiya müharibəsində Bakı tam rasional mövqe tutub – şərh

Dəyərlər və reallıqlar dəyişir. Dəyişməyən dövlətin siyasi və iqtisadi reallıqlarıdır. Bütün dövlərdə bu, belə olub. 2 qonşu dövlətin maraqları toqquşanda belə 2 vacib şərt ortaya çıxır – həm ədalətli olmaq, həm də dövlətin maraqlarını qorumaq.

Ukrayna-Rusiya müharibəsində rəsmi Bakı bunu bacardı. Həm strateji müttəfiqi Ukraynanı müdafiə etdi, tərəfləri atəşkəsə çağırdı, həm qonşusu Rusiyanın üstünə getmədi, həm də təfləri sülhə çağırdı. Şübhəsiz ki, bu rasional siyasət idi.

Birincisi, Rusiyada 2 milyondan çox Azərbaycanlı yaşayır və onların təhlükəsizliyinə təminat almaq lazım idi.

İkincisi, Rusiya dünyanın ən böyük nüvə dövlətlərindən biridir və Azərbaycana təsir etmək imkanları böyükdür. Ən azı yenidən Ermənistanın silahlandırmağa başlayar.

Üşüncüsü, Bakı təcəvüzə məruz qalmış Ukraynanı müdafiə etməyə borclu idi və vətəndaş cəmiyyətləri, eləcə də dolayısı ilə bunu da etdi.

Dördüncüsü, böyük dövlətləin münaqişəsində (Ukrayna və Rusiya nüvə dövlətləridir) Azərbaycan kimi ölkələr maksimum neytral olmağa çalımalıdır və rəsmi Bakıda bunu bacardı.

Beşincisi, 2-ci Qarabağ müharibəsində 10 noyabr sazişi tarixi dərslərdən biridir. Bakı bu vaxt bundan imtina edib döyüşü davam etdirsəydi (hərbi potensialımız buna imkan verirdi) Avropa və Rusiyanın sanksiyaları ilə üzləşəcəkdi.  Ancaq rəsmi Bakı rasional qərar qəbul etdi.

Altıncısı, rəsmi Bakı, münaqişə tərəflərindən birini dəstəkləmək yox, tərəflərə sülh təklif etməklə çox rasional qərar qəbul etdi.

Ümumiyyətlə, qonşu ölkələlərdə münaqişlərdə, tərəflərin yox, öz dövlətinin maraqları öndə olmalıdır. Əks halda dövlət və vətəndaşlar ziyan çəkir. Bu baxımdan Ukrayna-Rusiya müharibəəsində rəsmi Bakının mövqeyi dövlət maraqlarına tam adekvatdır.

istiqlal.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button