İqtisadiyyat

Ukrayna qaz tranziti ölkəsi olaraq qalmalıdır

Ukrayna qaz tranziti ölkəsi olaraq qalmalıdır.
“APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Kiyevdə keçirilən mətbuat konfransında Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib.
“Avropa Komissiyası üçün Ukraynanın qaz tranziti ölkəsi olub və qalması açıq-aydındır və dəyişməzdir”, – Ursula fon der Leyen qeyd edib.
O həmçinin əlavə edib ki, Avropa İttifaqı Ukrayna tərəfi ilə birlikdə Ukraynaya kifayət qədər qaz tədarükünün təmin edilməsi üçün mümkün ssenariləri öyrənir.
“Enerji təhlükəsizliyi ilə bağlı vacib bir məsələni müzakirə etmişik. Ukraynanın qaz tədarükü ilə bağlı narahatlıqlarını tam şəkildə bölüşürəm. Bu, təkcə qarşıdan gələn qış üçün deyil, həm də sonrakı mövsümlər üçün də vacib bir mövzudur”, – Avropa Komissiyasının rəhbəri qeyd edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button