Dünya
Ukrayna prezidenti rusiyalı əsgərlərə müraciət etdi

“Əgər rus əsgərləri ölkəmizi tərk etsələr, sağ qala bilərlər”. UNIAN xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Rusiya hərbçilərinə videomüraciətində deyib.
“2 həftəlik müqavimətimiz göstərib ki, biz təslim olmayacağıq. Çünki bura bizim evimizdir. Biz torpaqlarımızı geri qaytaranadək döyüşəcəyik. Komandirlərinizə inanmayın. Ukraynada sizi ölümdən və əsirlikdən başqa nəsə gözləmir. Biz müharibəni bitirməli, sülhə qayıtmalıyıq”- o bildirib.