Dünya

Ukrayna NATO-nun iyunda keçiriləcək sammitinə qatıla bilər

Ukrayna Prezidenti Vladimir Zelenski və NATO Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Yens Stoltenberq “Twitter”də bildirib.

NATO-nun Rusiya təhdidi qarşısında Ukraynaya güclü dəstəyini ifadə etmək üçün prezident Zelenski ilə danışdım. Müttəfiqlər Rusiyanı dərhal gərginliyi azaltmağa çağırır. Biz Rusiya ilə daha çox dialoqa hazırıq, lakin əsas prinsiplərdə güzəştə getməyəcəyik”, Stoltenberq bildirib.

Ukrayna Prezidenti də telefon əlaqəsi barədə “Twitter” hesabında məlumat verib. O bildirib ki, söhbət zamanı Avropada sabitlik üçün lazım olan diplomatik səylər barədə məlumat və fikir mübadiləsi aparılıb. “NATO-nun iyunda keçiriləcək Zirvə toplantısına hazırlıq və Ukrayna orada mümkün iştirakı müzakirə olunub. Açıq qapı siyasəti dəyişməz olaraq qalır!”, o qeyd edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button