Dünya

Ukrayna lideri BMT-nin baş katibi ilə görüşüb

BMT-nin baş katibi Antoniu Quterriş Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
“Report” xəbər verir ki, görüş BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində keçirilib.
Qeyd olunub ki, tərəflər sülhə nail olmaq üçün davam edən səylər də daxil olmaqla Ukraynadakı son hadisələri müzakirə ediblər. Quterriş Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü dəstəklədiyini açıqlayıb.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski BMT-nin Donbas və Krımla bağlı məsələnin həllinə nail olacağına inandığını bildirib:
“BMT bu məsələnin həllində axtardığımız platformalardandır. Belə bir fürsəti qaçırmamalıyıq”, – V.Zelenski deyib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button