Dünya

Ukrayna Krımla sərhəddə təlim keçirib

Ukrayna Silahlı Qüvvələrinin “Toçka-U” taktiki raket sistemlərindən ibarət ekipajları Krımla sərhəddə təlimlər keçirib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, hərbçilər “Toçka-U”nun ekipajları raket atışları üçün ilkin məlumatların hazırlanması, komplekslərin səyahət mövqeyindən döyüş mövqeyinə köçürülməsi, habelə raketin nəqliyyat vasitəsindən yenidən yüklənməsi üzrə uğurlu manevrlər nümayiş etdiriblər.
Bundan əlavə, raket bölməsinin döyüş ekipajları ərazinin radiasiya və kimyəvi çirklənməsi şəraitində, həmçinin şərti düşmənin təxribat və kəşfiyyat qruplarının hücumunu dəf etməklə bağlı hazırlıqlar keçib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button