Siyasət

“Ukrayna dəstəyə görə Azərbaycan xalqına minnətdardır” – Səfir

“Ukrayna dəstəyə görə Azərbaycan xalqına minnətdardır”.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskiy mətbuat konfransında bildirib.

“Həm dünən, həm də bu gün Ukraynanı dəstəkləyən Azərbaycan vətəndaşlarından çoxsaylı zənglər gəlib. İnsanlar ölənlərin xatirəsini yad etmək üçün səfirliyə gül dəstələri gətirirlər. Fürsətdən istifadə edərək, dəstəyə görə Azərbaycan xalqına minnətdarlığımı bildirirəm”, – o deyib.

Səfir Azərbaycanın rəsmi mövqeyini gözlədiklərini bildirib: “Ölkənin rəsmi şəxslərinin tədbirlərdə, o cümlədən ATƏT-in iclası çərçivəsində səsləndirdiyi mövqe var. Ukraynanın strateji dostu kimi, Azərbaycan hər zaman bizi dəstəkləyib”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button